Türkiyədə Ərdoğana hədiyyə edilən şir balalarına ad axtarılır

 17:35 12.07.2025     97

Türkiyə xalq səsverməsi ilə Prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə edilən üç şir balası üçün ad axtarır.

Redaktor.az “TRT Haber”ə istinadən xəbər verir ki, onlar 2018-ci ildə Sudanın keçmiş Prezidenti Ömər əl-Bəşirin Türkiyə liderinə hədiyyə etdiyi Sultan və Nil adlı aslanların balalarıdır.

Artıq ay yarımlıq olan bala aslanlar Qaziantep Təbiət Parkındadır. Təbiət Parkının yeni sakinlərinin adları sosial şəbəkələrdə keçirilən sorğunun nəticələrinə əsasən müəyyən olunacaq.

Vumart və Güvən reklamı Vumart Güvən