Əgər İsrail Livana qarşı müharibəyə başlasa... - Hizbullah

 18:00 12.07.2025     66

Hizbullah hərəkatı hərbi potensialını bərpa edib. Həm ABŞ-ın, həm də İsrailin Livana qarşı mümkün “təcavüz”ünü dəf etməyə tam hazırdır.

Redaktor.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Hizbullahın siyasi şurasının üzvü Mahmud Kamati bildirib.

“Əgər İsrail ABŞ-ın dəstəyi ilə Livana qarşı müharibə başlatmaq qərarına gələrsə, bu, dərhal cavab tələb edəcək. Biz İsrailin Livana qarşı istənilən hücumunu dəf etməyə tam hazırıq”, - Kamati vurğulayıb.

O qeyd edib ki, beynəlxalq ictimaiyyətin Hizbullahın tərksilah edilməsi məsələsinə maraq göstərməsi hərəkatın döyüş hazırlığının və strateji gücünün açıq göstəricisidir:

“Biz ABŞ administrasiyasına qətiyyən etibar etmirik və bölgədə baş verən bütün təcavüz və qətllərin arxasında məhz onun dayandığını bildiririk. ABŞ, İsrailin əli ilə Hizbullahın baş katibi Həsən Nəsrullahın qətlinə görə məsuliyyət daşıyır. Biz ABŞ ilə heç bir dialoq aparmaq istəmirik və danışıqlar barədə bütün təklifləri rədd edirik. Biz “strateji səbir” strategiyasına sadiq qalırıq və bu, hazırda Livanın maraqlarına uyğundur”.

Vumart və Güvən reklamı Vumart Güvən