İranın buna yaxşı bəhanəsi var idi... - Əraqçi

 18:45 12.07.2025     113

İran nüvə silahlarının istehsalı istiqamətində hərəkət etmək niyyətində olsaydı, hazırkı şərait bunun üçün ən yaxşı bəhanə idi.

Redaktor.az Trend-ə istinadən xəbər verir ki, bunu İran xarici işlər naziri Seyid Abbas Arakçı bu gün Tehranda xarici diplomatlarla görüşdə deyib.

Onun sözlərinə görə, İran öz nüvə proqramı haqda nigaranlığı olan ölkələrə onun dinc məqsədli olduğunu sübut etmək üçün lazım olan bütün istiqamətlərdə hərəkət edib:

“Çünki İranın nüvə proqramı dinc məqsədlidir və dinc məqsədli olaraq qalacaq”.

Arakçı deyib ki, İran nüvə silahlarını qeyri-insani və qeyri-etik hesab edir.

 

Vumart və Güvən reklamı Vumart Güvən