İsrail Livanın cənubuna dəqiq zərbə ENDİRDİ

 19:37 12.07.2025     122

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna növbəti dəfə dəqiq zərbə endirib.

Redaktor.az-ın xəbərinə görə, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bəyanata əsasən, zərbə Əl-Xiyam şəhərinin ətrafına endirilib. Hücumun hədəfi "Hizbullah"ın hərbi qanadının üzvlərindən biri olub. Zərbə nəticəsində o məhv edilib.

Hərbçilər məhv edilən radikalın adını açıqlamayıblar, lakin qeyd ediblər ki, o, təşkilatın dəstələrinin tank əleyhinə bölməsinin sıralarında fəaliyyət göstərib.

Vumart və Güvən reklamı Vumart Güvən