Macarıstan İsrailə qarşı sanksiyaları dəstəkləməyəcək

Macarıstan İsrailin Qəzza zolağındakı hərbi əməliyyatı ilə əlaqədar Avropa İttifaqının sanksiya tətbiq etmək niyyətini dəstəkləməyəcək.
Redaktor.az-ın məlumatına görə, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto israilli həmkarı Gideon Saar ilə telefon danışığından sonra bildirib.
O qeyd edib ki, Macarıstan İsrail ilə HƏMAS hərəkatı arasında atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşmanın əldə olunmasına ümid edir. Girovlar arasında Macarıstan vətəndaşı da var.
Nazirin fikrincə, hazırkı vəziyyətdə "dialoq zərurəti daha da artıb".
Siyarto iyulun 15-də Brüsseldə Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə Aİ-İsrail Assosiasiya Şurasının işinin aktivləşdirilməsinə çağırış etmək niyyətindədir.