Həlak olan fələstinlilərin sayı 57,8 minə ÇATDI

 23:29 12.07.2025     109

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.

Redaktor.az-ın məlumatına görə, bu barədə Fələstin tərəfinin məlumatında deyilir.

"Son 24 saat ərzində bölgənin xəstəxanalarına 59 ölü (o cümlədən dağıntılar altından çıxarılan 9 nəfər) və 208 yaralı daxil olub", - məlumatda qeyd olunub.

Beləliklə, 7 oktyabr 2023-cü il tarixindən bəri ölənlərin ümumi sayı 57 882 nəfərə, yaralıların sayı isə 1 milyon 38 095 nəfərə çatıb. Eyni zamanda, 18 mart 2025-ci il tarixindən etibarən 7 311 nəfər həlak olub, 26 054 nəfər yaralanıb.

Vumart və Güvən reklamı Vumart Güvən