Pezeşkian İsrailin hava zərbəsi zamanı yaralanıbmış

 13:24 13.07.2025     195

İran Prezidenti Məsud Pezeşkian ötən ay İsrailin hava zərbələri zamanı ayağından yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Mənbənin məlumatına görə, hadisə iyunun 16-da baş verib.

Həmin vaxt Tehrandakı binalardan birində İranın Ali Milli Təhlükəsizlik Şurasının iclası keçirilib. Elə bu vaxtda İsrail ordusu binanın giriş və çıxışlarına 6 ədəd raket zərbəsi endirib.

Zərbə zamanı binada elektrik enerjisi kəsilsə də, rəsmilər fövqəladə çıxış vasitəsilə oradan qaça biliblər. 

Agentlik əlavə edib ki, hücum nəticəsində iclas iştirakçılarının bəziləri, o cümlədən Prezident Pezeşkian təxliyə zamanı ayaqlarından yüngül xəsarət alıb.

Xatırladaq ki, Məsud Pezeşkian amerikalı jurnalist Taker Karlsona müsahibəsində İsrail hakimiyyətinin ona sui-qəsd təşkil etməyə cəhd etdiyini, lakin bunun uğursuz olduğunu açıqlayıb.

Onu da xatırladaq ki, İsraillə İran arasında münaqişə iyunun 13-dən 24-dək davam edib.

Vumart və Güvən reklamı Vumart Güvən