Rusiya və Çinin xarici işlər nazirləri Pekində Ukrayna böhranını müzakirə ETDİLƏR

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Çinin xarici işlər naziri Vanq İ ABŞ ilə münasibətləri və Ukrayna böhranının həlli perspektivlərini müzakirə ediblər.
Redaktor.az-ın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Pekində keçirilən danışıqların yekunlarına dair bəyanatında deyilir.
"Tərəflər həmçinin Birləşmiş Ştatlar ilə münasibətləri və Ukrayna böhranının BMT Nizamnaməsinin prinsiplərinə uyğun həlli perspektivlərini müzakirə ediblər", - məlumatda vurğulanıb.
Görüş zamanı digər aktual mövzulara, o cümlədən İran-İsrail münaqişəsi və Koreya yarımadasındakı vəziyyətə toxunulub.