İspaniyada güclü zəlzələ OLDU

İspaniyanın cənub sahillərini silkələmiş güclü, 5,5 bal gücündə zəlzələ nəticəsində Almeyra şəhərində yerləşən hava limanının binasının damı uçub.
Redaktor.az bu barədə “Independent” nəşrinə istinadən xəbər verir.
“Biz əvvəl bir-birinin ardınca gur səslər eşitdik, daha sonra qatı tüstü meydana gəldi”, - deyə hadisəni təsvir edən aerport əməkdaşı bildirib.
Hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat yoxdur.
Almeyrada "Toyota" şirkətinə aid avtosalona da ciddi ziyan dəyib.
İspaniyanın “El Pais” qəzeti zəlzələnin Almeyra, Qranada, Malaqa, Yan, Mursiya, Alikante, Albasete şəhərlərində hiss olunduğu yazır.