İsrail ordusu Suriyada SEPAH zabitlərini həbs edib

İsrail ordusu SEPAH-ın Qüds qanadının zabitlərini Suriyada həyata keçirdiyi gizli əməliyyatla həbs edərək İsrailə gətirib.
Redaktor.az "The Jerusalem Post" və "Ynet"ə istinadla xəbər verir ki, əməliyyat İranın İsrailə qarşı planlaşdırdığı hücumun qarşısını almaq məqsədi daşıyıb.
Hərbi əməliyyat dünən gecə saatlarında başlayıb və Qüds qanadının zabitləri yatarkən bir neçə nöqtədə eyni anda həyata keçirilib.
Əməliyyat İsrail Müdafiə Qüvvələrinin ehtiyat briqadası olan 7012-ci batalyonun rəhbərliyi ilə, xüsusi təyinatlı bölmələr və kəşfiyyat qruplarının iştirakı ilə keçirilib.
İsrailli komandanlar bildiriblər ki, əməliyyat uzunmüddətli kəşfiyyat və planlaşdırmanın nəticəsidir və İranın bölgədəki terror şəbəkəsinin ifşası baxımından əhəmiyyətlidir. İsrail ordusu əməliyyatın Suriyada İranın təsirini zəiflətmək üçün mühüm addım olduğunu vurğulayıb.
Nuriyyə NATİQQIZI