15 İyulda xainlərin başı əzildi - Dövlət Baxçalı

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) başqanı Dövlət Baxçalı, 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə yazılı açıqlama verib.
Redaktor.az-ın məlumatına görə, o bildirib ki, Türk milləti 15 İyulda baş qaldıran, havadan və qurudan bomba yağdıran xainlərin başını şəhidlik və qazilik şərəfini qucaqlayaraq əzdi.
Baxçalı çıxışında vurğulayıb ki, Anadolu coğrafiyasında Türk varlığının əsası milli birlik və vətən şüuru ilə atılıb. O, Malazgirt Zəfərinin təkcə bir torpaq qapısı deyil, eyni zamanda gələcəyə açılan bir yol olduğunu, müasir sivilizasiya yürüşünün başlanğıcı kimi tarixi rol oynadığını bildirib.
Baxçalı qeyd edib ki, tarix boyu Türk millətinə qarşı sonsuz hücumlar və qisas cəhdləri olub, 15 İyul 2016-cı ildə də “yenilənmiş xaçlı hücumu” həyata keçirilmək istənib.
Dövlət Baxçalı əlavə edib:
“15 İyul Türkiyə tarixində mühüm bir dönüş nöqtəsidir. Türk milləti o gecə qətiyyətini, iradəsini və şücaətini bütün dünyaya göstərdi".
Kənan YUSİF