FETÖ əməliyyatı çərçivəsində 113 min 837 nəfər həbs OLUNUB

Türkiyədə 15 iyul 2016-cı il çevriliş cəhdindən keçən 9 il ərzində FETÖ istintaqları çərçivəsində 390 min 354 nəfər şübhəli saxlanılıb, onlardan 113 min 837 nəfəri həbs edilib.
Redaktor.az xəbər verir ki, İstanbul, Ankara və İzmir başda olmaqla ölkə üzrə prokurorluqlar və təhlükəsizlik orqanları 9 ildir FETÖ ilə mübarizəni davam etdirir. Gizlənən, "gaybubet evi" adlandırılan gizli mənzillərdə tapılan və yenidən təşkilatlanmağa çalışan şübhəlilərə imkan verilməyib.
15 iyul gecəsi FETÖ tərəfindən təşkil olunan çevriliş cəhdində 63 polis, 6 hərbçi və 184 mülki şəxs şəhid olub. O gecə 286 polis, 47 hərbçi və 2407 mülki şəxs yaralanıb. 34 çevrilişçi öldürülüb, 49-u isə yaralı tutulub.
Kənan YUSİF