Türkiyədə dənizə girmək qadağan EDİLDİ

Giresun Valiliyi, dənizdəki əlverişsiz hava şəraiti səbəbindən vilayət ərazisindəki bütün sahil və çimərliklərdə gün ərzində dənizə girməyin qadağan edildiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, valiliyin yaydığı məlumatda, dəniz şəraitinin insanların həyat təhlükəsizliyini təhdid etdiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, bu gün ərzində Giresun vilayətinin sahil və çimərliklərində dənizə girmək qadağandır.
“Lütfən dənizə girməyin. Vətəndaşlarımızın həyat təhlükəsizliyi baxımından bu qadağaya riayət etmələrini xahiş edirik. Çağırışlara əməl edin, öz təhlükəsizliyinizi riskə atmayın”, – deyə açıqlamada vurğulanıb.
Bildirilib ki, polis və jandarma qüvvələri sahil bölgələrində nəzarət aparır və dənizə girən vətəndaşları xəbərdar edir.
Kənan YUSİF