Türkiyədə zavodda baş verən yanğın nəzarət altına ALINDI

Türkiyənin Bolu vilayətində yerləşən tibbi ləvazimatlar istehsalı zavodunda baş verən yanğın nəzarətə alınıb.
Redaktor.az xəbər verir ki, hadisə Karacasu qəsəbəsi, Böyük Berk məhəlləsində fəaliyyət göstərən zavodda naməlum səbəbdən baş verib.
Əraziyə çox sayda yanğınsöndürən, meşə təsərrüfatı və təcili yardım briqadaları cəlb edilib.
Güclü küləyin təsiri ilə alovlar qısa müddətdə böyüyüb. Zavodun yaxınlığındakı 5 ev ehtiyat tədbiri olaraq təxliyə edilib.
Yanğınla mübarizə zamanı intensiv tüstüyə məruz qalan işçilərə ayran paylanılıb.
Təxminən 2 saat davam edən müdaxilədən sonra yanğın nəzarət altına alınıb. Hazırda soyutma işləri davam edir. Zavodda böyük miqyaslı ziyan qeydə alınıb.
Kənan YUSİF