Türkiyədə 6 min illik ibadət məkanı AŞKARLANDI

 19:57 15.07.2025     127

Türkiyənin Elazığ vilayətində yerləşən Tadım qalası və təpəsində aparılan arxeoloji qazıntılar zamanı 6 min il əvvələ aid ibadət məkanı aşkarlanıb.

Redaktor.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi ilə həyata keçirilən tədqiqatlar zamanı tapılan qədim tikililər, əşyalar və tapıntılar bölgənin minilliklərə söykənən tarixini gün üzünə çıxarıb.

Bu il təxminən 35 metr hündürlüyündə və 210x160 metr sahəyə malik qala və təpənin 80-81-ci kvadrat sahəsində aparılan qazıntılarda Erkən Tunc dövrünə aid ibadət sahəsi üzə çıxarılıb.

Ərazidə "qan kanalı" adlandırılan yerdə insan və heyvan sümükləri, üzərində bıçaq izləri olan qurbangah daşı tapılıb. Bu, həmin dövrdə tanrılara qurban verilməsi ənənəsinin olduğunu göstərir.

Qazıntılar zamanı divar qalıqları, tanrılara hədiyyə qoymaq üçün istifadə edildiyi düşünülən 4 podyum, müqəddəs ocaq, təsərrüfatda istifadə olunan damğa möhürü, Naxçıvan üslubunda gil qablar, ox ucluqları, yun və ip əyirən alətlər və digər keramika fraqmentləri aşkarlanıb.

Kənan YUSİF 

Vumart və Güvən reklamı Vumart Güvən