Meşəlik ərazilərə giriş qadağan edildi

Ərzurum Valiliyinin qərarına əsasən, 1 iyul – 30 oktyabr tarixləri arasında vilayət ərazisində milli parklar, istirahət və təbiət parkları istisna olmaqla, meşəlik ərazilərə giriş qadağan olunub.
Redaktor.az-ın məlumatına görə, açıqlamada bildirilib ki, meşə yanğınlarının qarşısını almaq məqsədilə bir sıra tədbirlər görülüb. Mesire sahələri və parklar saat 09:00-20:00 arası açıq olacaq, lakin bu saatlardan kənar dövrdə tonqal qalamaq, piknik etmək, çadır qurmaq qadağandır.
Həmçinin meşə daxilində və ona bitişik ərazilərdə bitki örtüyünü yandırmaq, hava fişəngi atmaq kimi fəaliyyətlərə də tam qadağa qoyulub.
Kənan YUSİF