“Putin məni dörd dəfə aldatdı, məyusam” - Tramp

 09:14 16.07.2025     120

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə münasibətlərinə dair maraqlı açıqlama verib. 

Redaktor.az xəbər verir ki, O, Putinin onu dəfələrlə razılaşdırılmış mövzularda aldadaraq gözlənilməz hərbi addımlar atdığını bildirib.

“Biz dörd dəfə razılaşmanın astanasında idik. Hər şey müzakirə olunmuşdu, sən evə qayıdırsan və görürsən ki, o, elə indicə Kiyevdə qocalar evinə zərbə endirib və ya buna bənzər nəsə. Düşünürəm ki, ‘Bu, nə cəhənnəm idi belə?”, deyə o bildirib.

Tramp əlavə edib ki, Putinlə bu proseslərdən sonra “məyus” olsa da, onun üzərindən tam xətt çəkməyib.

Vumart və Güvən reklamı Vumart Güvən