Çində yaponiyalı casus həbs cəzasına məhkum edilib

 10:56 16.07.2025     220

Çində bir nəfər Yaponiya vətəndaşı casusluq ittihamı ilə həbs edilib.

Redaktor.az Yaponiyanın Pekindəki səfirliyinə istinadən xəbər verir ki, sözügedən şəxs 3 il yarım müddətinə həbs cəzasına məhkum edilib.

Həmin şəxsin kimliyi açıqlanmayıb. Yaponiya mediası onun 60 yaşlarında olduğunu və Çində Yaponiyaya məxsus olan “Astellas Pharma İnc” adlı dərman şirkətində çalışdığını yazıb.

O, 2023-cü ilin mart ayında saxlanılıb.

Casusluqda ittiham edilən şəxsin məhkəmə prosesində Yaponiya səfiri iştirak etsə də, yaponiyalı jurnalistlər məhkəmə zalına buraxılmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən