Ankarada avtobus qəzası: 20 nəfər yaralandı

 10:49 16.07.2025     130

Ankaranın Keçiören rayonunda bələdiyyə avtobusunun iştirakı ilə baş verən zəncirvari yol qəzasında ilkin məlumatlara görə 20 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki o qəza Gülhane Təhsil və Araşdırma Xəstəxanası yaxınlığında baş verib. Hərəkətdə olan "EGO" avtobusu naməlum səbəbdən qarşısındakı yüngül kommersiya avtomobilinə çırpılıb.

Nəzarətdən çıxan avtomobil önündəki iki maşına dəyərək dayanıb. Avtobus isə üst keçidin beton səddinə çırpılıb.

İlkin məlumata əsasən 20 nəfər yaralanıb. Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıb, müalicələri davam edir.

Kənan YUSİF 

Vumart və Güvən reklamı Vumart Güvən