FETÖ əməliyyatı çərçivəsində daha 8 nəfər həbs EDİLDİ

 10:51 16.07.2025     134

Ankara Baş Prokurorluğu tərəfindən FETÖ-nün Xarici İşlər Nazirliyindəki gizli strukturlarına qarşı aparılan istintaq çərçivəsində 3-ü hazırda vəzifədə olmaqla 8 nəfər barəsində həbs qərarı verilib.

Redaktor.az xəbər verir ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Terror Cinayətləri İstintaq Bürosu tərəfindən FETÖ-nün Xarici İşlər Nazirliyindəki gizli şəbəkəsində yer alan, "ByLock" istifadə edən, sabit nömrələrdən ardıcıl şəkildə axtarış qeydləri olan və barələrində şahid ifadələri olan şəxslər müəyyən edilib.

İstintaq çərçivəsində xarici işlər qurumunda çalışarkən FETÖ ilə əlaqələrinə görə işdən çıxarılan 5, hazırda işləyən 3 nəfər haqqında həbs qərarı çıxarılıb.

Ankara mərkəzli 4 vilayətdə aparılan əməliyyat çərçivəsində Terrorla Mübarizə Şöbəsinin əməliyyatları davam edir.

Kənan YUSİF 

Vumart və Güvən reklamı Vumart Güvən