Ankaradakı yanğın faciəsi ilə bağlı 3 nəfər həbs edildi

Ankaranın Çankaya rayonunda 26 mərtəbəli binada baş verən yanğınla bağlı aparılan istintaq çərçivəsində 2 podratçı və bir şantiyə rəisi həbs olunub.
Redaktor.az xəbər verir ki, Ankara Baş Prokurorluğu tərəfindən başlanan istintaq çərçivəsində ekspert rəyinə əsasən yanğında günahkar olduğu müəyyən edilən tikinti podratçıları, nəzarətçi mühəndis, şantiyə məsul şəxsi və kooperativ rəhbərliyi daxil olmaqla 9 nəfər barəsində həbs qərarı verilib.
Saxlanılan 6 nəfərin polis idarəsindəki prosedurları tamamlanıb.
Sağlamlıq yoxlanışından sonra Ankara Ədliyyəsinə aparılan şübhəlilər istintaq prokuroruna ifadə verdikdən sonra növbətçi hakimliyə çıxarılıb.
Nəticədə 2 podratçı və 1 şantiyə rəhbəri barəsində həbs qərarı verilib.
Kənan YUSİF