Ermənistan regionda nəqliyyat infrastrukturunun açılmasında maraqlıdır - Paşinyan

Ermənistan regionda nəqliyyat infrastrukturunun açılmasında maraqlıdır.
Redaktor.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bugünkü mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ermənistan regionda nəqliyyat infrastrukturunun açılmasında, o cümlədən Ermənistandan Ermənistana Azərbaycan ərazisindən, Azərbaycandan Azərbaycana Ermənistan ərazisindən keçən marşrutların, ikitərəfli ticarətin, Ermənistandan Azərbaycan vasitəsilə üçüncü ölkələrə və Azərbaycandan Ermənistan vasitəsilə beynəlxalq rabitənin və tranzit mübadiləsinin açılmasında maraqlıdır.
“Biz ardıcıl olaraq maraq və hazırlıq nümayiş etdiririk. Bütün danışıqlarımızda aydın şəkildə vurğulanır ki, biz bütün prosesləri yalnız Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası çərçivəsində görmüşük, görürük və görəcəyik”, - Paşinyan vurğulayıb.