İsrail Suriyanın Baş Qərargahını VURDU

 14:32 16.07.2025     169

İsrail ordusu Dəməşqdə Suriya Silahlı Qüvvələrinin Baş Qərargah kompleksinə zərbə endirdiyini bildirib.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, İsrail müdafiə ordusunun Suriyanın paytaxtı Dəməşqə endirdiyi zərbələr nəticəsində iki mülki şəxs xəsarət alıb.

Qeyd edək ki, İsrail ordusunun açıqlamasında deyilir ki, İsrail Silahlı Qüvvələri Suriyanın cənubunda rejimin druzlara qarşı hərəkətlərini və hadisələrin inkişafını izləməyə davam edir.

"Siyasi rəhbərliyin göstərişlərinə uyğun olaraq, İsrail Silahlı Qüvvələri bu bölgəyə zərbələr endirir və hadisələrin inkişafı ilə bağlı müxtəlif ssenarilərə hazırdır", - mətbuat xidməti bildirib.

 

Vumart və Güvən reklamı Vumart Güvən