"Putinlə “çörək kəsmişik”, lakin bəzi Rusiya televiziyaları bütün sərhədləri keçib" - Paşinyan

"Mənim Rusiya Prezidenti Vladimir Putin və Baş nazir Mixail Mişustinlə açıq, şəffaf münasibətlərim var, “çörək kəsmişik”, amma bəzi Rusiya telekanalları bütün sərhədləri keçib".
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında bildirib.
"Onların yayımının dayandırılması barədə qərar vermək istəməzdim, amma Rusiyada bizi bu addımı atmağa məcbur edən qüvvələr var və mən bunu istəməzdim”, - hökumət rəhbəri qeyd edib.