Avropa Komissiyası 2028-2034-cü illər üçün büdcəni təqdim ETDİ

Avropa Komissiyası (AK) bu gün Avropa İttifaqının 2028-2034-cü illər üçün büdcəsini 2 trilyon avro məbləğində təsdiqləyib.
Redaktor.az “Report”a istinadən xəbər verir ki, bu barədə AK sədri Ursula fon der Lyayen Komissarlar Kollegiyasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib.
“Bu, Avropanın ambisiyalarına uyğun gələn və qarşımızda duran çağırışlara cavab verən, müstəqilliyimizi möhkəmləndirən yeni dövr üçün büdcədir”, - o deyib.
AK sədrinin sözlərinə görə, büdcə komissarı Petr Serafin kollgiyanın iclasından dərhal sonra onu deputatlara təqdim etmək üçün parlamentə gedib.