Tramp FED sədrini tezliklə istefaya göndərəcək - KİV

 20:43 16.07.2025     189

ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyatlar Sisteminin (FED) sədri Cerom Paueli işdən çıxaracağını bəyan edib.

Redaktor.az xəbər verir ki, bu barədə Ağ Evin yüksək rütbəli rəsmisi CNBC-yə bildirib.

O qeyd edib ki, Tramp respublikaçı qanunvericilərlə dolu otaqda FED sədri Cerom Paueli işdən çıxaracağını deyib.

“Prezident qanunvericilərdən FED sədrinin işdən çıxarılmasına necə münasibət bəslədiklərini soruşdu. Onlar onun işdən çıxarılmasına razılıqlarını bildirdilər. Prezident, yəqin ki, tezliklə bunun olacağını bildirdi”, - Ağ Ev rəsmisi vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən