BMT Baş katibi İsrailin Suriyaya hava zərbələrini PİSLƏDİ

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş İsrailin Suriya ərazisinə endirdiyi hava zərbələrini pisləyib.
Redaktor.az xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinq zamanı bildirib.
“Baş katib Suriyanın suverenliyi və ərazi bütövlüyünə qarşı bütün pozuntuların dərhal dayandırılmasına çağırır”, – deyə Düjarrik vurğulayıb.