Netanyahu tərəfdarlarını itirir

“ŞAS” partiyası (İsrailin ultra-dini siyasi partiyası – red) Qüdsdə keçirilən Tövrat Müdrikləri Şurasının iclasından sonra İsrail hökumətindən çıxdığını elan edib.
Redaktor.az xəbər verir ki, bununla belə, partiya hələlik Baş nazir Benyamin Netanyahunun koalisiyasının bir hissəsi olaraq qalır və seçkilərin keçirilməsini tələb etmir. “ŞAS” nazirlərinin sabah səhər istefa verəcəyi gözlənilir.
Partiyanın bəyanatında Tövrat tələbələrinin statusunun ciddi və qəbuledilməz şəkildə aşağı salınmasından danışılıb, buna görə də hökumətdə gələcək iştirakı müzakirə etmək üçün şura çağırılıb.