Meşə yanğınını törədən şəxs həbs EDİLDİ

Türkiyənin Mersin şəhərinin Tarsus rayonunda 13 iyulda baş verən meşə yanğını ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan H.Ç. adlı şəxs həbs edilib.
Redaktor.az xəbər verir ki, valiliyin açıqlamasına görə, Tarsusda müxtəlif nöqtələrdə başlayan və eyni gün nəzarətə alınan meşə yanğınları ilə bağlı jandarma geniş araşdırma aparıb.
Araşdırmalar nəticəsində yanğınları törətdiyi ehtimal olunan H.Ç. saxlanılıb.
İfadəsi alındıqdan sonra məhkəməyə çıxarılan şübhəli həbs edilib.
Kənan YUSİF