Tramp Pakistana səfər edəcək

 12:43 17.07.2025     127

ABŞ Prezidenti Donald Tramp sentyabrda Pakistana səfər edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadla məlumat yayıb.

Bu, təxminən iki onillik ərzində ABŞ Prezidentinin Pakistana ilk səfəri olacaq. Pakistana sonuncu dəfə 2006-cı ildə səfər edən ABŞ Prezidenti kiçik Corc Buş olub.

Mənbələrin bildirdiyinə görə, Tramp Pakistandan sonra Hindistana da səfər edəcək.

Vumart və Güvən reklamı Vumart Güvən