Məşhur velosipedçi yarış zamanı dünyasını dəyişib

 12:59 17.07.2025     124

İtaliyada keçirilən “Ciro della Valle d'Aosta” adlı nüfuzlu gənclər veloyürüşünün birinci mərhələsində qəza baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə "Tuttobiciweb" nəşri məlumat yayıb.

Hadisə Pontey bələdiyyəsi ərazisində baş verib. Yarış zamanı idmançı yıxılıb və bu zaman baş qoruyucu dəbilqəsi düşüb. Nəticədə o, ağır baş travması alıb. Hadisə yerinə dərhal tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin detalları ilə bağlı hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən