Ukraynanın eks-baş naziri müdafiə naziri oldu

 13:50 17.07.2025     109

Ukrayna Ali Radasının bu gün keçirilən iclasında ölkənin eks-Baş naziri Denis Şmıqalın da yeni vəzifəsi təsdiqlənib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

D.Şmıqal ölkənin müdafiə naziri olub.

Qeyd edək ki, Yuliya Sviridenko Ukraynanın yeni Baş naziri təyin olunub.

Xatırladaq ki, D. Şmıqal iyulun 15-i Baş nazir vəzifəsindən istefa vermişdi.

Vumart və Güvən reklamı Vumart Güvən