Ermənistan və İran TŞ katibləri kommunikasiyaların açılmasını müzakirə ETDİ

Ermənistan Təhlükəsizlik Şurasının katibi İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian ilə telefon danışığı aparıb.
Redaktor.az news.am-a istinadla xəbər verir ki, Respublika Təhlükəsizlik Şurasının mətbuat xidmətindən verilən məlumata görə, söhbət zamanı həmsöhbətlər Ermənistan və İran arasında ikitərəfli əməkdaşlıq gündəliyinə dair məsələləri müzakirə ediblər.
Qriqoryan ərazi bütövlüyü, suverenlik və yurisdiksiya prinsiplərinə əsaslanaraq regional kommunikasiyaların bloklanması məsələsində Ermənistan Respublikasının mövqeyini təqdim edib. Öz növbəsində Əhmədian blokun açılması məsələsində İİR-nin mövqeyini təsdiqləyib və İrəvanın mövqeyini dəstəklədiyini bildirib.
Son regional hadisələr də müzakirə edilib, Qriqoryan və Əhmədian regionda təhlükəsizlik və sabitliyin qorunmasının vacibliyini vurğulayıblar.
Turan İSMAYIL