Rusiya nümayəndə heyəti İstanbula gəlməyə hazırdır - Zaxarova

Rusiya Ukrayna ilə İstanbulda danışıqlara hazırdır.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
"Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə danışıqların üçüncü raundunun keçirilməsi üçün İstanbula gəlməyə hazırdır", - diplomat qeyd edib.