Tramp Qəzzada kilsəyə hücumla bağlı Netanyahuya qəzəbləndi

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında kilsəyə hücumla bağlı İsrailin baş naziri Binyamin Netanyahuya zəng edib.
Redaktor.az "Hill" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Livitt brifinqdə bildirib.
Onun sözlərinə görə, baş nazir bunun səhvən baş verdiyini vurğulayıb.
"Prezidentin bu hadisəyə reaksiyası heç də müsbət olmayıb", - mətbuat katibi deyib.
Qeyd edək ki, bu gün İsrailin Qəzzadakı yeganə katolik kilsəsinə zərbəsi üç nəfərin ölümünə səbəb olub.