NATO Rusiyanın müttəfiq ölkələrə qarşı kiber əməliyyatlarını pisləyib

 17:49 18.07.2025     85

NATO Rusiyanın müttəfiq ölkələrə qarşı kiber əməliyyatlarını pisləyib.

Redaktor.az xəbər verir ki, NATO bir sıra blk ölkələrinə-Estoniya, Fransa, Böyük Britaniya və ABŞ-a qarşı hədəflənmiş kiber fəaliyyətlər müşahidə edib.

Blok bu kiber hücumların arxasında Rusiyanın hərbi kəşfiyyat xidməti olan QRU-nun dayandığını bildirib.

NATO Rusiyanın Rumıniya əleyhinə də kiber hücumlar həyata keçirdiyini xəbər verib.

“Biz kiber hücumların qarşısının alınması üçün hər növ imkandan faydalanmaqda qərarlıyıq. Biz Rusiyanı beynəlxalq öhdəliklərə əməl etməyə və kiberməkanda BMT tərəfindən təsdiq olunan çərçivədə özünü məsuliyyətli bir dövlət kimi aparmağa çağırırıq”- hərbi blokun bəyanatında yazılıb.

Qeyd edək ki, bu gün Böyük Britaniya Rusiya kəşfiyyatına bağlı 18 şəxsə və QRU-nun üç şöbəsinə qarşı sanksiyalar tətbiq edib.

Vumart və Güvən reklamı Vumart Güvən