Akopyan saxlanıldı

 22:17 18.07.2025     91

Ermənistan parlamentinin keçmiş deputatı Ruben Akopyan saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a İstintaq Komitəsindən məlumat verilib.

Qurum onun 2025-ci il iyulun 1-də mətbuata verdiyi müsahibəyə görə saxlandığını açıqlayıb.

Akopyan müsahibəsində dövlət çevrilişinə açıq çağırış edib.

Qeyd edək ki, rusiyalı biznesmen, “Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyan və arxiyepiskop Mikael Ajapaxyan da oxşar ittihamlarla həbs olunublar.

Vumart və Güvən reklamı Vumart Güvən