Türkiyədə isti hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq EDİLDİ

 23:01 18.07.2025     80

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum ölkədə havanın temperaturunun kəskin yüksələcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, sosial media hesabında bununla bağlı açıqlama verən nazir iyulun 19-dan etibarən bir həftə ərzində Türkiyədə havanın temperaturunun 6-12 dərəcə artacağının proqnozlaşdırıldığını bildirib.

“Sağlamlığımızı qorumaq və mümkün meşə yanğınlarının qarşısını almaq üçün hər zamankından daha ehtiyatlı davranmalıyıq”, - deyə Murat Kurum vurğulayıb.

Nazir Diyarbakır vilayətində havanın temperaturunun 45 dərəcəyədək yüksələcəyini diqqətə çatdırıb.

Vumart və Güvən reklamı Vumart Güvən