Tramp Çində Si Cinpin və Putinlə görüşə bilər

 23:12 18.07.2025     80

ABŞ Prezidenti Donald Tramp sentyabrın əvvəlində Çin Xalq Respublikasının Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Pekinə dəvət oluna bilər.

Redaktor.az
xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Məqalədə qeyd edilir ki, ABŞ-la Çin arasında bir sıra ticarət sazişləri Trampı Pekinlə bağlı sərt mövqeyinə yenidən baxmağa vadar edib.

Bu isə amerikalı liderin İkinci Dünya Müharibəsində qələbənin 80 illiyi münasibətilə təşkil olunacaq hərbi parad üçün Pekinə dəvət oluna biləcəyi barədə ehtimalları gücləndirib.

Vumart və Güvən reklamı Vumart Güvən