Suriyanın keçid dövrü Prezidenti Es-Süveydada atəşkəs elan etdi

 12:32 19.07.2025     160

Suriyanın keçid dövrü Əhməd əş-Şəraa toqquşmaların baş verdiyi Es-Süveyda əyalətində dərhal atəşkəs rejiminin tətbiq olunduğunu elan edib.

Bu barədə Redaktor.az xarici KİV-ə istinadən xəbər verir.

"Ölkənin düşdüyü mürəkkəb vəziyyəti nəzərə alaraq, Suriyanın ərazi bütövlüyünü və xalqının təhlükəsizliyini qorumaq məqsədilə, həmçinin milli maraqlara əsaslanaraq Suriya Ərəb Respublikasının Prezidenti dərhal və hərtərəfli atəşkəs elan edir", - mətbuat xidmətinin məlumatında bildirilib.

Vumart və Güvən reklamı Vumart Güvən