Zelenski Rusiyanın Ukraynaya 300-dən çox dron və 30 raket atdığını BİLDİRDİ

 12:46 19.07.2025     143

Rusiya iyulun 19-u gecə saatlarında Ukrayna ərazisinə 300-dən çox zərbə dronu və 30-dan çox müxtəlif növ raketdən istifadə edərək hücum həyata keçirib.

Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Məlumata görə, ölən və yaralananlar var.

Dövlət başçısının sözlərinə görə, hücum bütün gecə davam edib: "Hava hədəflərinin məhv edilməsi hələ də davam edir".

O, həmçinin vurğulayıb ki, xilasetmə işləri aparılır.

"Donetsk, Kirovoqrad, Dnepr, Sumı, Xerson,Volın , Zaporojye, Nikolayev, Odessa, Jitomir vilayətləri zərər çəkib", - V.Zelenski bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən