İranda avtobus qəzası: 8 ölü, 15 yaralı - YENİLƏNİB

İranın Fars əyalətində Firuzabad və Kəvar şəhərləri arasındakı şosedə avtobusun aşması nəticəsində ölənlərin sayı 15-ə çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə bölgənin təcili yardım xidmətinin rəhbəri Məsud Abed məlumat verib.
"Son statistik məlumatlara əsasən, Firuzabad – Kəvar avtomobil yolunda avtobusun aşması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb", - onun sözləri IRNA agentliyinin teleqram kanalında qeyd edilib.
M.Abed həmçinin bildirib ki, xəsarət alanların sayı 27-yə çatıb.
***
İranın cənub əyaləti Farsda avtobusun aşması nəticəsində 8 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.
Redaktor.az xəbər verir ki, bu barədə regionun təcili yardım xidmətinin rəhbəri Məsud Abed məlumat verib.
"Hadisə nəticəsində 8 nəfər həlak olub, 15 nəfər ağır xəsarət alıb", - onun sözləri IRNA-nın teleqram kanalında qeyd edilib.