COP30 üçün media akkreditasiyasına start verildi

Braziliyanın Belən şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP30 üçün media akkreditasiyası prosesinə start verilib.
Bu barədə Redaktor.az Braziliyanın Prezident Administrasiyasına istinadən xəbər verir.
Bildirilib ki, jurnalistlər və digər media nümayəndələri tədbirdə iştirak etmək üçün BMT-nin İqlim Dəyişikliyi üzrə Katibliyinin onlayn qeydiyyat sistemi (ORS) vasitəsilə müraciət edə bilərlər.
COP30 konfransı 2025-ci il noyabrın 10-dan 21-dək Beləndəki "City Park"ın "Hangar" Konqres və Sərgi Mərkəzlərində keçiriləcək.
Qeyd edək ki, akkreditasiya həmçinin Braziliyanın 6-7 noyabr tarixlərində ev sahibliyi edəcəyi Liderlər Sammitini də əhatə edir. Bu tədbirlə bağlı əlavə məlumatın yaxın günlərdə COP30-un sədrliyini həyata keçirən Braziliya hökuməti tərəfindən açıqlanacağı gözlənilir.