Zelenski Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif etdi

 21:32 19.07.2025     96

Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib.

Redaktor.az
xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovla görüşdən sonra bildirib.

Ukrayna liderinin sözlərinə görə, İstanbulda keçirilən son görüşdə əldə olunan razılaşmalar icra olunur, əsir mübadiləsi istiqamətində dialoq davam edir və növbəti mübadilə üzərində iş gedir.

Zelenski qeyd edib ki, danışıqlar dinamikasını gücləndirmək lazımdır və Rusiya qərarlardan yayınmaqdan əl çəkməlidir.

"Sülhün təmin olunması üçün liderlər səviyyəsində görüşə ehtiyac var. Ukrayna belə bir görüşə hazırdır,” – deyə dövlət başçısı vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən