"İranın yeni nüvə obyektləri məhv edilə bilər" - Tramp

"İran yeni nüvə obyektləri tikməyə qərar verərsə, onlar məhv edilə bilər".
Redaktor.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə "Truth" sosial şəbəkəsində yazıb.
O xatırladıb ki, İrandakı hər üç nüvə obyekti tamamilə dağıdılıb və onların fəaliyyətə qaytarılması üçün illər lazım olacaq.