Moskva kütləvi PUA hücumuna məruz qaldı

 00:04 20.07.2025     117

Rusiyanın paytaxtı Moskva şəhəri növbəti dəfə PUA hücumuna məruz qalıb. Hücim hava hücumundan müdafiə sistemləri tərəfindən dəf edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin öz "Telegram" kanalında yazıb.

Merin sözlərinə görə, fövqəladə hallar xidmətinin mütəxəssisləri dronun qalıqlarının olduğu yerə gəliblər.

Onun məlumatlarına görə, günün əvvəlindən 17 PUA paytaxta hücum etməyə cəhd edib. Onların əksəriyyəti dünən gecə şəhərə doğru gedirmiş: Ukraynanın ilk üç pilotsuz təyyarəsi təxminən 0:20, sonuncusu isə saat 1:46 radələrində vurulub. Saat 18:05 və 18:11, 18:38 və 22:12-də Moskvaya yeni hücum cəhdləri qeydə alınıb.

Bu fonda paytaxtın Şeremetyevo və Vnukovo hava limanları fəaliyyətini dayandırıb. Rosaviasiya bu tədbirlərin uçuş təhlükəsizliyini təmin etmək üçün zəruri olduğunu izah edib.

Turan İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən