Tramp senatı yay tətilini ləğv etməyə çağırdı

 11:43 20.07.2025     95

ABŞ Prezidenti Donald Tramp Senatda hakim və digər hökumət vəzifələrinə namizədlərin təsdiqlənməsi üçün Respublikaçılar Partiyasının Nümayəndələr Palatasındakı çoxluq lideri Con Tunun avqust tətilini ləğv edəcəyinə ümid etdiyini bildirib.

Redaktor.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında paylaşım edib:

“Ümid edirəm ki, son iki həftədə və əslində son altı ayda böyük uğurlar qazanmış istedadlı Con Tun mənim gözəl namizədlərimi təsdiqləmək üçün avqust tətilini ləğv edəcək”, – deyə Tramp qeyd edib.

Tramp hansı namizədləri nəzərdə tutduğunu açıqlamayıb. Bildirilir ki, hazırda müxtəlif ştatlarda ən azı 49 namizəd Senatın təsdiqini gözləyir.

Qeyd edək ki, ABŞ Konqresinin Senatı təqvimə əsasən avqustun 4-dən sentyabrın 1-dək yay tətilinə çıxacaq. Bu müddətdə senatorların paytaxt Vaşinqtonu tərk edərək təmsil etdikləri ştatlara qayıtmaları nəzərdə tutulur.

Vumart və Güvən reklamı Vumart Güvən