İran və Rusiya Xəzərdə hərbi təlim keçirəcək

 12:51 20.07.2025     75

İran və Rusiya iyulun 21-də Xəzər dənizində iki ölkənin hərbi dəniz qüvvələrinin və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) əməkdaşlarının iştirakı ilə CASAREX-2025 təlimlərinə start verəcək.

Redaktor.az xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

"İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələri tərəfindən təşkil edilmiş CASAREX-2025 kombinə edilmiş dəniz axtarış-xilasetmə təlimləri sabahdan (21 iyul - red.) etibarən üç gün ərzində Xəzər dənizində keçiriləcək. Bu təlimlər İran ordusunun Hərbi Dəniz Qüvvələri, İİKK, Rusiya Federasiyasının Hərbi Dəniz Qüvvələri və Xəzəryanı region ölkələrindən müşahidəçilərin iştirakı ilə baş tutacaq", - məlumatda deyilir.

Agentlik dəqiqləşdirir ki, təlimlərin məqsədi dəniz təhlükəsizliyi səviyyəsinin və Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri arasında qarşılıqlı fəaliyyətin artırılmasıdır.

Vumart və Güvən reklamı Vumart Güvən