Rusiya Ukraynaya eyni vaxtda 2000 dron buraxmağı planlaşdırır

 16:21 20.07.2025     104

"Rusiyalılar Ukraynaya zərbələr endirmək üçün eyni vaxtda 2000-ə qədər drondan istifadə etməyi planlaşdırırlar".

Redaktor.az UNIAN-a istinadla xəbər verir ki, bu iddia ilə Almaniya Müdafiə Nazirliyinin general-mayoru Kristian Freydinq çıxış edib.

O qeyd edib ki, Rusiya hazırda dron istehsalı imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir.

Freydinq hesab edir ki, eyni vaxtda 2 000 dronun buraxılması Ukraynanın hava hücumundan müdafiəsi üçün ciddi problemlər yaradacaq:

"Shahed" dronlarının "Patriot" hava hücumundan müdafiə sistemləri ilə vurulması məntiqsizdir. Çünki dronların qiyməti 30-50 min avro, "Patriot" üçün bir raket isə 5 milyon dollardan çoxdur. Ukraynanın dronları məhv etmək üçün qiyməti 2-4 min avro arasında olan ucuz vasitələrə ehtiyacı var".

Vumart və Güvən reklamı Vumart Güvən