Nüvə danışıqları bərpa edilir

 09:28 21.07.2025     73

İran, Böyük Britaniya, Fransa və Almaniya nüvə danışıqlarını bərpa etmək barədə razılığa gəliblər.

Redaktor.az xəbər verir ki, bununla bağlı “Tasnim” agentliyi diplomatik mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, danışıqların növbəti raundu İran, Böyük Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirinin müavinləri səviyyəsində keçiriləcək.

Qeyd olunub ki, Tehran və Avropa üçlüyü İranın nüvə proqramı ilə bağlı danışıqların bərpası məsələsində prinsipial razılığa gəlsələr də, danışıqların vaxtı və keçirilmə yeri hələ dəqiqləşməyib.

Növbəti danışıqlara hansı ölkənin ev sahibliyi edəcəyi ilə bağlı qərar hələ verilməyib.

 

Vumart və Güvən reklamı Vumart Güvən